20-05-2020
 

BDU-nun Kimya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "KİMYA: NƏZƏRİ VƏ TƏTBİQİ TƏDQİQATLAR" mövzusunda tələbələrin I virtual Elmi konfransı öz işini yekunlaşdırıb

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kimya: Nəzəri və Tətbiqi Tədqiqatlar” mövzusunda tələbələrin I Virtual Elmi konfransı keçirilmişdir.

İki bölmədə qarşılıqlı diskussiya şəraitində, iki gün müddətində davam edən konfrans bu gün yekunlaşmışdır.

Konfransın bağlanış mərasimində bölmə sədrlərinə söz verilmişdir. Bölmə sədrləri professor İbrahim Məmmədov və kimya üzrə fəlsəfə doktoru Elvin Məlikov təqdim edilən işlər haqqında statistik olaraq konfrans iştirakçılarını məlumatlandırmış, konfransın işini qiymətləndirmişlər. Bundan başqa onlar təqdim olunan işlər haqqında öz rəy və təkliflərini vermiş və iştirakçılara gələcək uğurlar arzulamışlar.

Sonra kafedra müdirləri çıxış edərək konfransın işi və iştirakçılar haqqında öz rəy və təkliflərini çatdırmışlar.

Ümumi konfrans haqqında yekun məlumatı konfransın moderatoru, Kimya fakültəsinin elmi işlər üzrə dekan müavini və fakültənin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Elvin Məlikov vermiş və iştirakçıları statistik məlumatlarla məlumatlandırmışdır. O, həmçinin konfransda iştiraka görə tələbə və müəllimlərə öz təşəkkürünü bildirmişdir.

Sonra Kimya fakültəsinin dekanı professor Abdulsəyid Əzizov çıxış edərək keçirilən konfrans haqqında rəyini iştirakçılara çatdırmış, konfransda iştirakına görə tələbə və müəllimlərə təşəkkürünü bildirmiş, tələbələri gələcəkdə də konfranslarda aktiv iştirak etməyə səsləyərək konfransın işini yekunlaşdırmışdır.

Konfransın proqramı.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ