Kimya fakültəsi professor Qasım Hüseynovu 80 illik münasibətilə təbrik edir
Hörmətli Qasım müəllim!
Sizə Bakı Dövlət Universitetinin kimya fakültəsinin çoxsaylı kollektivinin, professor-müəllim heyətinin və tələbələrinin ən səmimi salamlarını yetirir və anadan olmağınızın 80 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirik.
Siz elmin zirvələrinə özünüzün gərgin əməyiniz və xüsusi istedadınızla ucalmısınız. Bakı Dövlət Universiteti kimi elm və təhsil mərkəzinə qədər böyük bir həyat yolu keçmişsiniz. Sizin elmi fəaliyyətiniz 1963-cü ildə BDU-nun kimya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1963-1977-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutları ilə bağlı olmuşdur. O, 1977-ci ildən pedaqoji işə keçərək Naxçıvan Dövlət Universitetində baş müəllim vəzifəsindən həmin universitetin rektoru vəzifəsinə qədər yüksəlmişsiniz, sonrakı elmi-pedaqoji fəaliyyətiniz Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. 1996-cı ildən BDU-nun «Neft-kimyası və kimya texnologiyası» kafedrasının professoru vəzifəsində çalışmaqla yanaşı, 2007-ci ildən 2019-cu ilə qədər universitetin nəzdində olan “Gənc istedadlar” liseyinin direktoru vəzifəsində işləmisiniz.
Hörmətli Qasım müəllim!
İşlədiyi müddət ərzində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlmiş, həmişə tələbələrin və kollektivin hörmətini qazanmışsınız. Elmi-pedaqoji fəaliyyətiniz müddətdə 250-dən çox elmi əsərin, o cümlədən 15 müəlliflik şəhadətnaməsi, 2 patentin müəllifi olmuş, rəhbərliyiniz və yaxından iştirakınız ilə 7 kimya üzrə fəlsəfə doktoru, eləcə də 1 elmlər doktoru müdafiə etmişdir.
Hörmətli Qasım müəllim!
Sizin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, BDU-nun 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşsünüz.
Əziz Qasım müəllim!
Kimya elmi sahəsində göstərdiyiniz çoxşaxəli fəaliyyətiniz, apardığınız tədqiqat işləri və elmi əsərləriniz Sizi bir alim kimi tanıtmışdır. Odur ki, kimya fakültəsi kollektivinin Sizə xüsusi hörməti və ehtiramı vardır. 50 illik elmi-pedaqoji fəaliyyətiniz Sizi tələbələrin də sevimlisi etmişdir.
Hörmətli Qasım müəllim!
Bir daha Sizi yubiley münasibətilə təbrik edir, Azərbaycan kimya elminin daha da inkişafı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yorulmaz fəaliyyət arzu edirik.
Dərin hörmətlə :
BDU-nun kimya fakültəsinin dekanı: Abdulsəyid Əzizov