19-06-2020
 

Kimya fakültəsinin əməkdaşlarının məqaləsi Journal of Molecular Structure (impakt faktor 2.1) jurnalında dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində yeni yaradılan Sənaye Kimyası Laboratoriyasının əməkdaşları Ələkbər Hüseynzadə və Hacı Vahid Axundzadənin professor Ülviyyə Həsənovanın rəhbərliyi altında, İtaliyanın Pavia, Fransanın Lorraine və Tunisin Carthage Universiteti ilə birgə çalışdıqları "Synthesis, crystal structure and antibacterial properties of 6-methyl-2-oxo-4-(quinolin-2-yl)-1,2,3,4-tetrahydropyrimidine-5-carboxylate" ("6-metil-2-okso-4-(xinolin-2-il)-1,2,3,4-tetrahidropirimidin-5-karboksilatın sintezi, kristal quruluşu və antibakterial xassələri") adlı elmi-tədqiqat işi Journal of Molecular Structure (impakt faktor 2.1) jurnalında dərc olunub.

Məqalə yeni bioloji-aktiv dihidropirimidinlər sinfinə aid olan birləşmənin sintezi, quruluşunun X-ray metodu və Hirshfeld səth analizi ilə tədqiqinə həsr olunub. Bundan əlavə, sintez olunan birləşmənin antibakterial aktivliyi 3 müxtəlif bakteriyaya (S. aureus, P. aeruqinosa, E. coli) qarşı öyrənilmiş və məlum antibiotiklərin (sefotaksim və seftriakson) aktivliyi ilə müqayisə edilib. Tədqiqat zamanı müəyyən olunub ki, yeni sintez olunan dihidropirimidinin antibakterial aktivliyi qeyd olunan hər iki antibiotikdən yüksəkdir.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1016/j.molstruc.2020.128581

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ