Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının virtual iclasında magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi həyata keçirilib
23.06.2020-ci il tarixində Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının virtual iclasında kafedranın yüksəkmolekullu birləşmələr kimyası, kompozisiya materialları kimyası və nanomateriallar kimyası ixtisaslaşmaları üzrə 2-ci kurs magistrantları Aytən Babaşova, Səidə Babayeva, Gülnar Mürsəlova, MirƏli İsakov, Nəzrin Əliyeva, Gülər Əliyeva, Fidan Məmmədyarova və Tərlan Əhmədovun dissertasiya işləri müzakirə edilmişdir.İclasda fakültə dekanı, elmi işlər üzrə dekan müavini, kafedra müdiri və əməkdaşlar iştirak etmişdir. İclası giriş sözü ilə açan kafedranın müdiri, professor Rasim Alosmanov magistrantlara uğurlar arzulamış və çıxış edəcək magistrantları elan etmişdir. Sonra magistrantlar çıxış etmiş və kafedra əməkdaşlarının suallarını cavablandırmışlar. Diskusiya şəraitində keçən iclas magistrantların qiymətləndirilməsi və əsas müdafiəyə tövsiyəsi ilə bitmişdir.