Ümumi və qeyri-üzvi kimya kafedrasının virtual iclasında magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi həyata keçirilib
23.06.2020-ci il tarixində Ümumi və qeyri-üzvi kimya kafedrasının virtual iclasında kafedranın qeyri-üzvi kimya və bərk cisimlər kimyası ixtisaslaşmaları üzrə 2-ci kurs magistrantları Səfurə Vəliyeva, Pərvanə Babayeva, Həcər Əlləzova, Pərvanə Kərimova, Rüfət Sərxanlı, Rəhman Fətullazadə, Aytac Cəfərli və Gülər Məmmədovanın dissertasiya işləri müzakirə edilmişdir. İclasda fakültə dekanı, elmi işlər üzrə dekan müavini, kafedra müdiri və əməkdaşlar iştirak etmişdir. Kafedra müdiri, professor Teymur İlyaslı iclas iştirakçılarını salamlayaraq virtual iclası açıq elan etmiş, magistrantlara uğurlar arzulamış və çıxış edəcək magistrantları elan etmişdir. Sonra magistrantlar çıxış edərək iclas iştirakçılarını həyata keçirdikləri elmi tədqiqat işləri ilə məlumatlandırmışlar. Kafedra əməkdaşlarının sualları magistrantlar tərəfindən cavablandırmışdır. Diskusiya şəraitində keçən iclas magistrantların qiymətləndirilməsi və dissertasiya işlərinin əsas müdafiəyə tövsiyə edilməsi ilə bitmişdir.