Neft kimyası və kimya texnologiyası kafedrasının virtual iclasında magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi həyata keçirilib
23.06.2020-ci il tarixində Neft kimyası və kimya texnologiyası kafedrasında virtual iclas keçirilib. İclası giriş sözü ilə açan kafedra müdiri, professor İbrahim Məmmədov gündəlikdə olan məsələnin kafedranın 2-ci kurs magistrantları Tavat Quluzadə, İlkin Mədinov, Şaiq Möhnətov, Aynur Həsənova və Leyla Cəfərovanın dissertasiya işlərinin ilkin müzakirəsi olduğunu qeyd etdi. İclasda fakültə dekanı, elmi işlər üzrə dekan müavini, kafedra müdiri və əməkdaşlar iştirak etmişdir. Sonra magistrantlar çıxış edərək iclas iştirakçılarını həyata keçirdikləri elmi tədqiqat işləri ilə məlumatlandırdılar. İclasın dafamında kafedra əməkdaşlarının sualları magistrantlar tərəfindən cavablandırıldı. Diskusiya şəraitində keçən iclas magistrantların qiymətləndirilməsi və dissertasiya işlərinin əsas müdafiəyə tövsiyə edilməsi ilə bitdi.