Kimya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının(TGT) onlayn görüş kecirilib
2020-ci il 20 noyabr tarixində Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının(TGT) onlayn görüş kecirilib. Görüşdə Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Fakültə dekanı mavini , Taleh Qəhrəmanov görüş iştitakçılarını Ağdam rayonun işğaldan azad olunması münasibəti ilə təbrik edərək, Azərbaycan ordusunun zəfər yürüşü haqqında onlara ətraflı məlumat verib. Dekan mavini bildirib ki, ölkənin flaqman elm ocağı olan BDU-da fəaliyyət göstərən tələbə təşkilatları təlbələrimizin şəxsiyyət kimi formalaşmasında, onların istək və arzularını həta keçməsində xüsusi əhəmiyyət daşıyır. İnformasiya müharibəsində Tələbə Gənclər Təşkilatının rolu haqqında tövsiyyə və tapşırıqlarını catdırmaqla, tələbələri TGT-in işində yaxından iştitak etməyə dəvət etdi. Görüşdə dekan müvini Fuad Kərimli universitetdə keyfiyyətli təhsil üçün müasir infrastruktur mövcudluğu və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlar haqda geniş məlumat verildi. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr əvəzi Əli Qədirli fakültənin tarixi və Tələbə Gənclər Təşkilatının məqsəd, vəzifələri, təşkilatın nəzdində olan klublar haqqında ətraflı məlumat verdi. Tədbirdə Tələbə Gənclər Təşkilatının heyətinin üzvü Fərid Novruzlu, kimya fakültəsinin ikinci kurs tələbələri Sevinc Həsənova və Daşqın Abdullayev də cıxış edərək Tələbə Gənclər Təşkilatı haqqında tələbələri maarifləndirmişdir. Virtual görüşdə iştirak edən professor-müəllimlər tələbələrə uğurlar arzu etmiş və onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə ediblər. Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran coxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.