09-11-2020
 

Kimya fakültəsində Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə Bayraq Gününə həsr olunmuş “Müstəqillik simvolumuz - Bayrağımız” adlı onlayn tədbir keçirilib.

Kimya fakültəsinin dekanı, dekan müavinləri, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutan tədbirdə Bayraq Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov Dövlət Bayrağının hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayaraq 9 noyabr - Bayraq Gününün yaranma tarixi haqqında tələbələrə geniş məlumat verib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Dekan qeyd edib ki, müstəqil ölkənin, xalqın ən vacib rəmzlərindən biri məhz dövlət bayrağıdır. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını ucaldıb. Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik.

Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib. Tələbələr Bayraq Gününə həsr olunmuş şeirlər səsləndirib, haqq savaşında qələbə sevinci haqda çıxışlar ediblər.

Sonda fakültənin dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, kafedra müdirləri Teymur İlyaslı, İbrahim Məmmədov Bayraq Günü ilə bağlı məruzələr edib, qələbə sevinci münasibətilə həmkarlarını və tələbələri təbrik ediblər.

Digər yazılar

"Qanlı Yanvar"

Microsoft Teams platforması üzərindən Analitik kimya kafedrası ilə tələbələrin görüşü baş tutmuşdur

Kimya fakültəsində 2020-ci ilin yekunlarına dair Elmi Şura keçirilmişdir

“Güc birlikdədir” adlı onlayn tədbir keçirilmişdir

"İmtahan Psixologiyası" adlı onlayn seminar keçirilmişdir

Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş "Koordinasion birləşmələr kimyası" mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

“Qarabağın maddi və mənəvi sərvətləri” adlı onlayn tədbir keçirilmişdir

Fakültənin professoru Beynəlxalq nəşriyyatın Sertifikatını almışdır

“Qarabağ” adlı Xəmsə Milli İntelektual Oyunu keçirilmişdir

Kimya fakültəsində "Ümummilli Liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilib

Kimya fakültəsində "Ümummilli Liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilib

“Şəhidlərimizin Əziz Xatirəsinə”

Kimya fakültəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

“Zərərli vərdişlərə yox deyək”

Biz sənə yeni nəfəs verəcəyik, doğma Azərbaycanım!!!

Qarabağ-Azərbaycandır !!!

“Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda tədbir keçirilib

“Covid-19’un insan həyatına təsiri və zərərləri” mövzusunda online tədbir keçirilib

Tələbə Elmi Cəmiyyətinin (TEC) 1-ci kurs tələbələri ilə görüşü keçirlmişdir

"Milli-mənəvi dəyərlərə bağlılıq dövlət siyasətinin əsas prioritetlərindəndir" mövzusunda onlayn tədbir keçirilib