27-11-2020
 

Tələbə Elmi Cəmiyyətinin (TEC) 1-ci kurs tələbələri ilə görüşü keçirlmişdir

27.11.2020-ci il tarixində Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) 1-ci kurs tələbələri ilə görüşü keçirlmişdir. Görüşdə Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Görüşdə Fakültə dekanı  professor Abdulsəyid Əzizov   çıxış edərək,  gələcəkdə tələbələrin yüksək ixtisaslı kimyaçı kadrlar kimi formalaşması üçün TEC xətti ilə yerinə yetirilən elmi tədqiqat işlərinin xüsusi önəm daşıdığını qeyd etməklə bərabər tələbələrin  elmi dünya görüşünün, intelektual səviyyələrinin  inkişaf etdirilməsi  üçün elmi dərnəklərin,  intelektual klubların təşkil edilməsinin zəruriliyini bildirdi. TEC-nin bu istiqamətdə fəaliyyətinin gücləndirməsinin vacibliyini qeyd etdi və tələbələrə  uğurlar arzu etdi. Kafedra müdirləri  professorlar, Teymur İlyaslı, İbrahim Məmmədov, Rasim Alosmanov, Eldar Əhmədov, Famil Çıraqov rəhbərlik etdikləri kafedraların elmi istiqamətləri və TEC xətti ilə aparılan elmi tədqiqat işləri haqda ətraflı məlumat verdilər. Karantin dövründə tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsinin optimal imkanları müzakirə edildi. Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov  birinci kurs tələbələrini elmi tədqiqat işlərinə cəlb etmək ücün, fakültədə fəaliyyət göstərən ETL-in videoroliklərinin təqdimatının zəruriliyini qeyd etdi. Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev  elmi tədqiqiqat işləri ilə paralel olimpiadalarda iştirak etmək ücün onlaine rejimdə məşğələlərin kecirilməsinin vacib olduğunu bildirdi.  Görüşdə TEC-in yeni tərkibdə secilmiş idarə heyyəti təqdim edilmişdir. TEC-nin sədri 2-ci kurs tələbəsi Rahilə Əhmədova   idarə heyətinin gələcək planlar haqqında  ətraflı məlumat vermiş və  göstərilən diqqətə görə minnətdarlığını bildirmışdi. Görüşdə dekan müavinləri Taleh Qəhrəmanov və Fuad Kərimli iştirak etmiş, elmi fəaliyyətlərində tələbələrə uğurlar arzu etmiş,  tövsiyyə və tapşırıqlarını vermişlər. Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran  coxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ