04-12-2020
 

Biz sənə yeni nəfəs verəcəyik, doğma Azərbaycanım!!!

Ali Baş Komandanımızın rəhbərliyi ilə cəbhədə tarix yazan, Azərbaycan bayrağını Qarabağımıza qaytaran şanlı, müzəffər ordumuz dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Möhtərəm Prezidentimizin müdrik siyasəti sayəsində qazanılan uğurlar, şanlı Ordumuzun igid oğullarının qələbələri hər bir azərbaycanlının qəlbini qürur hissilə doldurur. İşğaldan azad olunan hər qarış torpaqlarımızda erməni yalançılığının, van dalizminin şahidi oluruq. Dünyanı “güclü erməni ordusu” mifinə inandırmağa çalışan cinayətkar hərbi və siyasi rəhbərlik, eyni zamanda tarixi saxtalaşdırmaq cəhdləri ilə Qarabağın tarixən Azərbaycana aid olmasını əks etdirən abidələrimizi dağıtmış və öz cinayətkar niyyətlərini əməlləri ilə bir daha nümayiş etdirmişlər. Müzəffər Azərbaycan ordusu düşmən tərəfindən törədilən hər bir cinayət və riyakarlığın qisasını döyüş meydanında əldə olunan nailiyyət və qələbə müjdələri ilə alır. Müzəffər Ordumuzun təkcə Şuşa qələbəsi Azərbaycan ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi.
Şuşa şəhəri erməni işğalından azad edilib. Bu barədəAzərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində böyük fəxarət və qürur hissi ilə bəyan etdi ki, Şuşa şəhəri işğaldan azad edildi! Artıq Şuşa bizimdir! Qarabağ bizimdir! “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıdırıq! Bu tarixi Qələbə döyüş meydanında qazanıldı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni Azərbaycan döyüş meydanında qazandı, danışıqlar masası arxasında yox. Azərbaycan sübut etdi ki, münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. Şuşanın işğaldan azad olunması xəbərini alan vətənpərvər xalqımız ölkənin hər yerində bu tarixi hadisəni cox böyük coşquyla bayram etdi, hər kəs görünməmiş dərəcədə özünü xoşbəxt və güclü hiss etdi. Şuşanın azad edilməsi ilə Ali Baş Komandan İlham Əliyev dövlətimizin, şanlı Azərbaycan ordusunun, yumruq kimi birləşən xalqımızın nəyə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin məharətini və gücünü bütün dünyaya nümayiş etdirdi. Musiqi beşiyi sayılan, Qafqazın incisi olan, milli qeyrət rəmzi kimi daşlaşan Şuşanın azad edilməsi Azərbaycan xalqının təkcə döyüşkən ruhunun nümayişi deyil, həm də tapdanmış heysiyyətinin və milli qürurunun bərpası, dirçəldilməsi deməkdir. Bu gün biz xalq olaraq, azərbaycanlı olaraq hamımız qürurluyuq, başımızı dik tuturuq, özümüzü güvənli və güclü hiss edirik. Müasir və güclü Azərbaycan yeni tarix yaradır. Son 200 ildə xalqımızın və dövlətimizin haqsız olaraq məruz qaldığı məğlubiyyətlər tarixinin qaranlıq səhifəsi qapadılır, torpaqlarımızın işğal günləri təqvimdən çıxarılır, qələbə günləri ilə əvəzlənir, qalibiyyət səhifəsi ilə başlayan yeni və şanlı tarixi yazılır. Biz tarixi günlər yaşayırıq. 30 ilə yaxındır ermənilərin səbrimizi tükəndirən hərəkətlərinə son qoyulur. Biz öz torpaqlarımız uğrunda döyüşürük. Ordumuz yüz minlərlə qaçqın və məcburi köçkünün tapdanan hüququnu qətiyyətlə, zəfərlə bərpa edib. Arxa cəbhədə olan hər bir mülki vətəndaş isə üzərinə düşən işin öhdəsindən gəlməyə çalışıb. Xalqımızın bir yumruqtək birləşdiyini görmək qürurvericidir.
Şuşanın alınmasıyla düşmənin beli qırıldı. Azərbaycan qoşunlarının Şuşanı işğaldan azad etməsindən sonra Ermənistanın Qarabağ müharibəsində təslim olması qaçılmaz oldu. Paşinyan Azərbaycanın bu müharibədəki hərbi qələbəsi səbəbindən təslim oldu və müvafiq bir siyasi razılaşma imzaladı. Strateji baxımdan əhəmiyyətli olan Şuşa şəhərinin azad olunması bu müharibədə dönüş nöqtəsi və Ermənistan ordusunun müqavimət göstərməsinin mənasız olması demək idi. Buna görə də Azərbaycan öz ordusu və Ali Baş Komandan İlham Əliyev sayəsində zəfər qazandı. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı bəyanat barədə açıqlamasında Prezident İlham Əliyevin gücü qarşısında aciz qaldığını etiraf edib. Bu bəyanatın imzalanmasının səbəblərindən birinin də tarixi qələbəmiz, Şuşanın işğaldan azad edilməsi olduğunu bildirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğulayıb ki, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandan İlham Əliyev səbirsizliklə gözlədiyimiz şanlı qələbə xəbərini xalqımıza çatdırdıqdan sonra yüzlərlə gənc, qadın, uşaq, yaşlı şəhərin küçə və meydanlarına çıxıb, bu şad xəbəri bir-biri ilə bölüşüb, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandan İlham Əliyevə sonsuz məhəbbət ifadə edən şüarlar səsləndirdilər. Bu coşqu dolu möhtəşəm mənzərə hər birimizə ruhi qida verməklə yanaşı, sarsılmaz birliyimizi parlaq təcəssüm etdirirdi. Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat regionda davamlı sülhə, əmin-amanlığa gətirib çıxaracaq və qan tökülməsinə son qoyacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda ən uzunmüddətli münaqişələrdən biridir və bu gün onun sona çatması, ilk növbədə, döyüş meydanında qələbə qazanan, çoxillik işğaldan azad olunmuş torpaqlarını geri qaytaran Azərbaycan xalqı üçün tarixi hadisədir. Azərbaycan Respublikasının bütün vətəndaşları dini-etnik mənsubiyyətindən asılı olmayaraq, doğma torpaqlarda ədalətin zəfər çalması və haqqın bərpası üçün birləşdilər. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.
Azərbaycan “artıq bəsdir” deyərək öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan xilas etmək üçün həyata keçirdiyi 44 günlük hərəkat çərçivəsində göstərdiyiniz qəhrəmanlıq və cəsarət təqdirəlayiqdir. Hərəkat 44 gündə bitdi, lakin bunun 44 il boyunca danışılacaq. Bu son dərəcə xoşbəxtikdir. Bu hərəkat bir oyanışdır. Çünki, Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi. Atıq işğal olunmuş rayonlarımız - Cəbrayıl, Füzuli, Zəngilan,Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Şuşa düşmən tapdağından azad olundu. Bundan sonra da biz öz gücümüzü və birliyimizi göstərərək fəxrlə deyirik: - Biz sənə yeni nəfəs verəcəyik, doğma Azərbaycanım!!!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan!

Səkinə Eylaz qızı Mirzəliyeva,
BDU-nin Kimya fakultəsinin Fiziki və kolloid kimya kafedrasınn dosenti,
“Bizim Lider” qəzeti və Xəbər Portalının redaksiya heyyətinin fəxri üzvü,
“İlin müəllimi”, “Azərbaycan Bayrağı” media mükafatları laureatı

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ