10-12-2020
 

“Şəhidlərimizin Əziz Xatirəsinə”

10 dekabr 2020-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Microsoft Teams” platformasında “Şəhidlərimizin Əziz Xatirəsinə” adlı online tədbir keçirildi. Tədbirdə Kimya fakültəsinin dekan müavinləri, fakültənin professor-müəllim heyyəti  və tələbələr iştirak etmişdir

Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, şəhidlərimiz ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.Tədbir dekan müavini Taleh Qəhrəmanovun moderatorluğu, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Fidan Hüseynlinin, birinci kurs tələbəsi Məlikova Aysunun aparıcığı ilə davam etmişdir. Tədbirdə  kafedra müdirləri İbrahim  Məmmədov, Rasim  Alosmanov, şəhidlərimizin müqqədəsliyindən,  döyüşlərdə göstərdikləri igidliklərindən onların sayəsində qazanılan  qələbə münasibıtilə “Azadlıq meydanı” da keçirilən Zəfər paradından  bəhs etmişdirlər.  Səkinə xanım  Mirzəliyeva şəhidlərimizin adlarının əbədiləşdirilməsi ücün kütləfi informasi şəbəkələrin də tələbəlrimizi aktiv olmağa dəvət etdi. Tədbirdə dekan müavini Fuad Kərimlinin  övladı 279 nömrəli məktəbin, 2-ci sinif şagirdi Xanım Kərimli  şəhidlərimizə həsr olunmuş şeir ifa etmişdir. THİK Sədri Fidan Hüseynlinin təşkilatçılığı ilə 2-ci kurs tələbələrinin  idarə heyəti tərəfindən  Bakı şəhərinin müxtəlif yerlərində çəkilən “Şəhidlər Ölməz” adlı videorolik təqdim olunmuşdur. THİK-buro üzvləri  tədbirdə şəhidlərimizin qəhrəmanlığı, Qarabağ və vətən müharibəsi haqqında məruzələr etmişlər. Birinci  kurs tələbəsi Nigar İlyaslı Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifa etdiyi “Vətən Yaxşıdır” mahnısını səsləndirmişdir.

 Dekan müavinləri Taleh Qəhrəmanov və Fuad Kərimli  bildirdi ki, şəhidlərin  canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan müqqəddəs  insanlardır. THİK-nin  şəhidlərimizin adlarının əbədiləşdirilməsi ücün atdıqları addımları yüksək qiymətləndirdilər. Tədbir 1 kurs tələbəsi Mahmudova Türkanın pianinoda ifa etdiyi “Şəhidlər” musiqisi ilə yekunlaşmışdır.

https://cloud.mail.ru/stock/2XaqbRtJgjzyBc87idhBCrnQ

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ