“Zərərli vərdişlərə yox deyək”
06.12.2020-ci il tarixində Microsoft Teams platformasında üzərindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramı çərçivəsində Sosial elmlər və Psixologiya fakültəsi, Ekologiya və Torpaqşünaslıq fakültəsi və Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” adlı online seminar baş tutub. Seminarın aparıcısı, Sosial Elmlər və Psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Cəfər Gözəlov seminar iştirakçılarını salamlayıb və tədbiri açıq elan edib. Daha sonra Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli cıxış edərək siqaretin kimyəvi tərkibi haqda və zərərli vərdişlərin gənclərə vurduğu ziyan haqda ətraflı məlumat verib. Ekologiya və Torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Nigar Muxtarzadə zərərli maddələrin ətraf mühitə vurduğu ziyan haqqında hazırladığı slayd seminar iştirakçılarına təqdim edilib. Cəfər Gözəlov zərərli vərdişlərin insanlara təsiri və narkotikin psixoloji cəhətdən insanlarda yaratdığı ziyanlar haqqında məlumat verməklə, müxtəlif psixoloqların bu haqda olan düşüncələrini tələbələrə çatdırıb. Tədbirdə mövzu ilə bağlı diskussiya keçirilib və tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdi.