12-12-2020
 

Kimya fakültəsində "Ümummilli Liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli Liderimiz - Heydər Əliyev” mövzusunda onlayn tədbir keçirilib.

Microsoft Teams platforması üzərindən keçirilən tədbirdə Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə Kimya fakültəsinin dekan müavini  dosent Taleh Qəhrəmanov açaraq Ümummilli Lider Heydər Əliyevin azərbaycanlı olmağı ilə daim fəxr etdiyini, bütün şərəfli ömrünü, qüvvəsini dövlət quruculuğuna, dövlətçiliyimizi daha da möhkəmlətməyə yönəltdiyini qeyd edib.

Tədbirdə tələbələr -  Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli  ”Ümummilli Liderimiz – Heydər Əliyev”,   TEC-nin sədri Əhmədova Rahilə “Heydər Əliyev və Azərbaycan gənclər siyasəti”, fakültə Tələbə Gənclər Təşkilatının sədr müavini Həsənova Sevinc “Heydər Əliyevin həyatı”, II kurs tələbəsi Həsənova Ayşə “Heydər Əliyev və Bakı Dövlət Universiteti”, Məmmədzadə Şəhanə “Heydər Əliyevin siyasi fəaliyyəti və prezidentlik dövrləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra Kimya fakültəsinin dekanı  professor Abdulsəyid Əzizov, dekan müavini  dosent Fuad Kərimli, fakültənin  kafedra müdirləri- professorlar, İbrahim Məmmədov, Famil Çıraqov, Rasim Alosmanov, Üzvi kimya kafedrasının professoru Namiq Şıxalıyev, Fiziki və kolloid kimya  kafedrasnın dosenti Səkinə Mirzəliyeva, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxışları dinlənilib.

Çıxışlarda müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin  çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışılıb. Azərbaycan tarixində dərin iz qoymuş dahi şəxsiyyətin bütün şərəfli ömrünü Azərbaycanı dünyada tanıtmağa həsr etdiyi qeyd olunub. Ümummilli Liderin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğu və digər sahələrdə uğur, irəliləyiş və inkişafa nail olunduğuna diqqət çəkilib.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə bağlı çıxışlar səsləndirilib.

Sonda Tələbə Elmi Cəmiyyətinin gələcək fəaliyyətində “Xarı Bülbül” mövzusunda tələbələrin elmi konfransının keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbir bədii hissə ilə başa çatıb.

 

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ