20-12-2020
 

“Qarabağ” adlı Xəmsə Milli İntelektual Oyunu keçirilmişdir

20.12.2020-ci il saat 14:00-da Bakı Dövlət Universiteti Kimya Fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Qarabağ” adlı Xəmsə Milli İntelektual Oyunu keçirilmişdir. Yarışda  14 komanda iştirak etmişdir. Ağdam, Füzuli, Şuşa, Laçın, Qubadlı, Zəngəzur, Murovdağ, Suqovuşan, Lələ təpə, Hadrut, Xocalı, Kəlbəcər, Xankəndi və Xarıbülbül komandaları birinci yer uğrunda gərgin mübarizə aparmışdırlar. Sualları Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı sədri Əli Qədirli səsləndirmişdir. İştirak edən hər kəsə Tələbə Gənclər Təşkilatı tərəfindən sertifikat, 1-ci yerin sahibi olan komandaya internet paketi və ilk 3 yerə çıxmış komandaların aktiv üzvlərinə yazıçı Elbrus Kəlbiyev tərəfindən imzalı kitab hədiyyə olunacaq. Oyun 5 turdan ibarət oldu və bütün turlar Xəmsə Milli İntelektual Oyununun şərtlərinə uyğun olaraq keçirildi. Qaliblər:

1. yer: Murovdağ komandası

2. yer: Lələ Təpə komandası

3. yer: Suqovuşan komandası

 Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri Həsənova Sevinc, Abdullayev Daşqın, Qədirova Zeynəb, İsayev İsa, Məmmədli Solmaz, Həsənova Ayşə yarışın təşkil olunmasında aktiv iştirak etdilər. Yarış  19:30-da sonlandı.

 

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ