20-01-2021
 

"Qanlı Yanvar"

19 yanvar 2020-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətin ortaq təşəbbüsü ilə "20 Yanvar" faciəsinə həsr olunmuş "Qanlı Yanvar" adlı onlayn tədbir keçirilmişdir. Tədbir Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə açıq elan edilmişdir. Tədbirdə hadisələrin canlı şahidi olmuş Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professor-müəllimlər Teymur İlyaslı, Eldar Əhmədov, Rasim Alosmanov, İbrahim Məmmədov 20 yanvar hadisələrinin tarixi və o dövrdə  istər ölkə daxilində, istərsə də xaricdə baş verən hadisələr haqqında tələbələrə geniş məlumat vermiş,onları maarifləndirmişdir. Tələbə Elmi Cəmiyyətin sədr müavini İsa İsayev “20 Yanvar-Ümumimilli Hüzn günü” adlı   çıxışı ilə tədbir iştirakçılarına geniş məlumat vermişdir.  I kurs tələbələri Zəkiyyə Məmmədova və Zəki Musayev 20 yanvar şəhidlərinə həsr olunmuş şerlər ifa  etmişdirlər. Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdı. Tələbə Elmi Cəmiyyətin sədri Rahilə Əhmədova və Tələbə Gənclər Təşkilatı sədri Əli Qədirli tədbir iştirakçılarına təşəkkürünü bildirib

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ