02-02-2021
 

“Gənclər siyasətində Tələbə Gənclərin yeri və rolu” adlı onlayn tədbir keçirilmişdir

2 fevral 2021-ci ildə Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) ortaq təşəbbüsü ilə Gənclər gününə həsr olunmuş “Gənclər siyasətində Tələbə Gənclərin yeri və rolu” adlı onlayn tədbir keçirilmişdir. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı sədri Əli Qədirlinin moderatorluğu ilə keçirilmişdir. Tədbirdə Qarabağ müharibəsi zamanı şəhid olanların xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Kimya fakültəsi dekanı Abdulsəyid Əzizov, dekan müavini Taleh Qəhramanov, Bakı Dövlət Universiteti Humanitar Məsələlər və Gənclər Siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqının Komitəsinin sədri Hacıbaba Mustafayev, kafedra müdirləri Eldar Əhmədov, Famil Çıraqov, Rasim Alosmanov və İbrahim Məmmədov Gənclər günü barəsində çıxış etmişlər. Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqının Komitəsinin sədri Fidan Hüseynli “Gənclər vətən müharibəsində” mövzusunda çıxış etmişdir. “Gənclər siyasəti” adlı mövzu  ilə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Daşqın Abdullayev, “Gənclər gününün tarixi” adlı çıxışı ilə fakültənin birinci kurs tələbəsi Zəkiyyə Məmmədova, “Tələbə Gənclərin yeri və rolu” adlı çıxışı fakültənin ikinci kurs tələbəsi Arzu Məhərrəmova, “Gənclərin inkişafı” adlı çıxışı ilə fakültənin birinci kurs tələbəsi Nigar İlyasova, “Azərbaycan Gəncliyi idmanda” adlı çıxışı ilə fakültənin birinci kurs tələbəsi Türkan Mahmudova çıxışlar edərək tədbir iştirakçılarını məlumatlandırmışdırlar. Tədbirdə həmçinin Kimya Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü Nurlan Məhərrəmlinin hazırladığı video çarx təqdim olunmuşdur. Kimya Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini  Mədinə Cəfərova, fakültənin birinci kurs tələbələri Cahan İsmayılova və Arizə Məmmədova mövzu üzrə çıxışlar etmişlər. Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.

 

 

 

 

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ