04-02-2021
 

Biologiya və Kimya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə Dünya Xərçəng Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Kimya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə Dünya Xərçəng Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə bütün dünyada 4 fevralın hər il Dünya Xərçəng Günü kimi qeyd edildiyini vurğulayıb.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsədin dünya ölkələrinin diqqətini bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaq olduğuna diqqət çəkib. Tədbirdə xərçəng xəstəliyinin profilaktikası, erkən diaqnostikası və müalicəsi, yaranma səbəbləri, xəstəliyin inkişaf dinamikası barədə məlumat verilib.

Sonda Biologiya fakültəsi TGT sədri Vüsal Məmmədrəhimov, sədr müavini Fatma Seyidzadə və Kimya fakültəsi TGT sədri Əli Qədirli, idarə heyəti üzvü Solmaz Məmmədli xərçəng xəstəliyi anlayışı barədə fikirlərini bölüşüblər.

Digər yazılar

Kimya fakültəsi Üzvi kimya kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Kimya fakültəsində növbəti onlayn görüş keçirildi.

Kimya fakültəsində rəsm müsabiqəsinin nəticələri açıqlanıb.

Kimya fakültəsi Ümumi və qeyri-üzvi kimya kafedrası onlayn elmi seminar keçirib.

Kimya fakültəsində Qars Qafqaz universitetinin professoru Hacalı Nəcəfoğlu ilə görüş keçiriləcəkdir.

Kimya fakültəsinin əməkdaşlarının yazdığı məqalə beynəlxalq jurnalda dərc olunub.

Kimya fakültəsində “Alkenilfenollar əsasında xüsusi məqsədli və texniki əhəmiyyətli maddələrin alınmasının perspektiv istiqamətləri” mövzusunda Elmi seminar keçirilib

Kimya fakültəsində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

"Young chemists club" növbəti seminarını keçirib.

Kimya fakültəsində “Autizm-Dünya Marifləndirmə Günü” adlı onlayn tədbir keçirilib.

Kimya fakültəsində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Dövlət Universiteti Kimya fakültəsində beynəlxalq akkreditasiya aparılmışdır.

Kimya fakültəsi Kimyanın Tədrisi Metodikası kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Kimya fakültəsi Neft kimyası və Kimya texnologiyası kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Kimya fakültəsi Fiziki-kolloid kimya kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Novruz bayramına həsr olunmuş videoçarx hazırlanıb.

Kimya fakültəsində "Yurdumuza yaz gəldi" adlı onlayn tədbir keçirilmişdir.

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və dünyada etibarlı tərəfdaş imici" adlı onlayn tədbir keçirilib.

"Young Chemists club" növbəti seminarını keçirib

Kimya və Biologiya fakültələri "Narkomaniya- bəşəriyyətin ən böyük düşməni" adlı onlayn tədbir keçirilib.