13-02-2021
 

"Covid-19-un həyatımıza təsiri" adlı onlayn tədbir keçirilmişdir.

13 fevral 2021-ci il tarixində Microsoft Teams platformasında Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyəti və Azərbaycan Tibb Universiteti Stomatologiya və İctimai Səhiyyə fakültələri Tələbə Elmi Cəmiyyətinin ortaq təşəbbüsü ilə "Covid-19-un həyatımıza təsiri" adlı onlayn tədbir keçirilmişdir. Tədbir Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Əhmədova Rahilənin moderatorluğu ilə açıq elan edilmişdir. Tədbirdə Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov, dekan müavini Taleh Qəhrəmanov, Bakı Dövlət Universiteti Humanitar məsələlər və Gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirak etmişdir. Çıxış üçün söz ilk növbədə Kimya fakültəsinin dekanı Əzizov Abdülsəyidə verilmişdir. O öz çıxışında tədbir haqqında öz fikirlərini bildirmiş, təşkilatçılara və tələbələrə təşəkkürünü bildirmişdir. Humanitar məsələlər və Gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov da Covid-19 haqqında öz fikir və tövsiyələrini bildirmişdir. Daha sonra söz çıxış üçün tələbələrə verilmişdir. "Covid-19-un molekulyar səviyyədə quruluşu" haqqında Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin 2.kurs tələbəsi və eyni zaman Tələbə Elmi Cəmiyyəti sədri Abbaszadə Rza, "Covid-19-a yoluxanda orqanizmdə baş verən dəyişikliklər və virusun mutasiyası" mövzusunda Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli , "Dezinfeksiyada istifadə edilən maddələr" mövzusunda Kimya fakültəsinin 2.kurs tələbəsi və Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü Həsənova Sevda, "Virusdan qorunmaq üçün istifadə edilən maskalar və onların tərkibi" mövzusunda Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədr müavini Hüseynova Zenfira və son olaraq da " Covid-19 psixologiya və fiziologiyamıza necə təsir göstərir?" mövzusunda Azərbaycan Tibb Universiteti İctimai Səhiyyə fakültəsinin 1.kurs tələbəsi İsmixanova Aysel çıxış etmiş və iştirakçıları maarifləndirmişdilər. Eyni zamanda tələbələr tərəfindən hazırlanmış video-slaydlar da təqdim olunmuşdur. Daha sonra Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov tələbələrə və iştirakçılara öz minnətdarlığını bildirmiş, bu cür əməkdaşlıqların davamlı olmasını dilə gətirmişdir.  Kimya fakültəsinin 1.kurs tələbəsi Məmmədova Zəkiyyə tədbir haqqında öz fikirlərini söyləmişdir. Sonda Kimya fakültəsi TEC-nin sədri Əhmədova Rahilə iştirakçılara öz təşəkkürünü bildirmiş və bununla da tədbir sona yetmişdir.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ