12-03-2021
 

Kimya və Biologiya fakültələri "Narkomaniya- bəşəriyyətin ən böyük düşməni" adlı onlayn tədbir keçirilib.

12.03.2021-ci il tarixində Bakı Dövlət Universiteti Biologiya və Kimya fakültələrinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Narkomaniya- bəşəriyyətin ən böyük düşməni” mözvusunda tədbir keçirilmişdir. 
Tədbirdə narkotik vasitələrinin insan həyatına təsiri, ziyanları, yaratdığı xəstəliklərdən və bəşəriyyətə verdiyi fəsadlardan danışıldı. Tədbirin açılışını Biologiya fakültəsinin tələbəsi Vüsalə Zeynallı etmişdir. Daha sonra o, sözü Biologiya fakültəsi dekan müavini Musa Cabbarova vermişdir. Musa Cabbarov bu kimi maarifləndirici tədbirlərin önəmini vurğulamışdır. Daha sonra Kimya fakültəsi dekan müavini Taleh Qəhrəmanov narkomaniya haqqında öz fikirlərini bölüşmüş, onun dünyada yayılmasını və narkotik vasitələrin kimyəvi tərkibi haqqında məlumatlar vermişdir. Həmçinin, Biologiya fakültəsinin müəllimi Sevinc Məmmədova da öz fikirlərini bölüşmüşdür. Tədbirin əsas maarifləndirici hissəsində öncə Biologiya fakültəsi tələbəsi Tutu Əliyeva narkomaniyanın yaratdığı xəstəliklər, insan orqanizminə ziyanları haqqında slayd təqdim etmiş, Kimya fakültəsi tələbəsi İsa İsayev narkotik vasitələrin kimyəvi tərkibi haqqında məlumatlar paylaşmışdır. Sonda Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatanın sədri Vüsal Məmmədrəhimov, Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli narkomaniya haqqında çıxış edərək bu mövzuda öz fikirlərini bölüşmüşlər. Tədbiri aparıcı Vüsalə Zeynallı öz nitqi ilə sonlandırmışdır.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ