"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və dünyada etibarlı tərəfdaş imici" adlı onlayn tədbir keçirilib.
17.03.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya və Şərqşünaslıq fakültələri Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və dünyada etibarlı tərəfdaş imici " adlı onlayn tədbir keçirilmişdir. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə baş tutmuşdur.İlk olaraq sözü Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri İmran Sayılova vermişdir. İmran Sayılov tədbir iştirakçılarını salamlamış və Azərbaycanın xarici dövlətlərlə tərəfdaşlığı haqqında bir çox məqamda çıxış edərək tələbələri maarifləndirmişdir. Daha sonra söz Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının icra heyəti üzvü - İsmayılova Cahana verilmişdir. Tədbirin sonunda Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatı sədri İmran Sayılov və Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı sədri Əli Qədirli tədbir iştirakçılarına təşəkkürlərini bildirmişdir.