Kimya fakültəsi Fiziki-kolloid kimya kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.
22 mart 2021-ci il tarixində Microsoft Teams platformasında Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Fiziki-kolloid kimya kafedrasının müəllimi Dosent Şahnaz Qəhramanova ilə "Manqan və sink duzlarının bəzi donor əsaslı liqandlarla komplekslərinin sintezi və müasir fiziki-kimyəvi üsullarla quruluş xüsusiyyətlətinin tədqiqi" mövzusunun elmi seminarı keçirilmişdir. Seminarda Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev keçiriləcək elmi seminarın mövzusunu tələbələrə çatdırmış və seminarı açıq elan etmişdir. Dosent Şahnaz Qəhramanova slayd əsasında manqan və sink duzlarının kompleksləri ilə yaxından tanış etmişdir. Əlavə olaraq, tələbələrə elmi layihə hazırlamaq barədə məlumat vermiş və bu sahə ilə maraqlanan tələbələrə kömək edəcəyini bildirmişdir. Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdırılmışdır.