Bakı Dövlət Universiteti Kimya fakültəsində beynəlxalq akkreditasiya aparılmışdır.
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin magistratura səviyyəsinin 6 İxtisaslaşması üzrə ali təhsildə keyfiyyətin təmin olunması Avropa assosiasiyasının (ENQA) üzvü, Təhsildə keyfiyyətin təminatı Avropa reyestrində (EQAR) qeydiyyatdan keçmiş, Təhsildə keyfiyyətin təminatı müstəqil Agentliyi (İQAA) tərəfindən təhsil proqramlarının beynəlxalq və Avropa kefiyyət standatlarına uyğunluğun qiymətləndirilməsi-beynəlxalq akkreditasiya aparılmışdır.
Beynəlxalq akkreditasiya iki beynəlxalq ekspert komissiyası tərəfindən həyata keçirilib.
Üzvi kimya, Yüksək molekullu birləşmələr kimyası və Neft kimyası ixtisaslaşmaları üzrə ekspert qrupunda Qazaxıstan K.İ.Satbayev adına Milli tədqiqat Texniki Universitetinin akademik məsələlər üzrə prorektoru, prof. Rinat İsakov, Moskva Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, prof. ValentinNenaydeko, Türkiyə Yıldız Texnik Universitetinin kafedra müdiri, prof. Sevil Yücel, AMEA-nın Neft kimya prosesləri İnstitunun elmi işlər üzrə direktor müavini, prof. Hikmət İbrahimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Fariz Əliyev və ekspert qrupunun koordinatoru Qaliya Raximcanova iştirak ediblər.
Qeyri-üzvi kimya, Analitik kimya və Fiziki kimya ixtisaslaşmaları üzrə klasterdə ekspertlər M. Aeuzov adına Cənubi- Qazaxıstan Universitetinin qeyri üzvi maddələrin kimyəvi texnologiyası kafedrasının müdiri prof. Qalina Seytmaqzimova, Lissabon Texniki Universitetinin professoru Armando Pombeiro, Münhen Texniki Universitetinin professoru Ralf Zimmerman, AMEA-nın müxbir üzvü, AMEA-nın Kataliz və Qeyri-üzvi kimya İnstitunun elmi işlər üzrə direktor müavini prof.Məhəmməd Babanlı, AMEA-nın doktorantı Emin Əliyev və ekspert qrupunun koordinatoru Karlıqaş Ciqitçeyeva iştirak ediblər. Hibrid formatda təşkil olunan akkreditasiya zamanı ekspertlər magistratura təhsil proqramlarının təhsil, elm və digər sahələrdə 7 beynəlxalq və Avropa keyfiyyət standarlarına uyğunluğunu qiymətləndiriblər. 15-16 mart tarixlərində ekspertlər kafedralar tərəfindən ingilis dilində hazırlanmış özünütəhlil hesabatlarını analiz edərək, Universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti, magistrantlar, məzunlar işəgötürənlərlə intervyulardan sonra keçirilən auditin ilkin nəticələrə görə fakültədə elm və təhsilin səviyyəsinin yüksək olduğunu qeyd ediblər.