Kimya fakültəsində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.
31.03.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətin ortaq təşəbbüsü ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "103 illik qan yaddaşımız" adlı onlayn tədbir keçirilmişdir. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə keçirilmişdir. Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Fuad Kərimli, professor-müəllimlər Teymur İlyaslı, İbrahim Məmmədov çıxış etmişdir.Həmçinin, Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri İsa İsayev, fakültənin birinci kurs tələbələri Ayşə Qocazadə və Gülxar Xəlilova çıxış edərək tədbir iştirakçılarını günün mahiyyəti üzrə məlumatlandırmışdır. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli və Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayevin çıxışı ilə yekunlaşmışdır.