Kimya fakültəsinin əməkdaşlarının yazdığı məqalə beynəlxalq jurnalda dərc olunub.
Bakı Dövlət Universitenin (BDU) Kimya fakültəsinin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov, kafedranın professoru Namiq Şıxaliyev, doktorontlar Xanım Bağırova və Gülnar Süleymanovanın həmmüəllif olduqları “Halogenləşdirilmiş dixlordiazabutadien boyaları- sintezi, quruluşları, supramolekulyar xüsusiyyətləri və nəzəri tədqiqatları” məqaləsi Molecules jurnalının xüsusi buraxılışına daxil edilmişdir. Məqalə əsasən dixlordiazabutadien boyalarında qeyri-kovalent halogen-halogen əlaqələrinin kristal dizaynda rolundan bəhs etmişdir. Molecules jurnalının Xüsusi buraxılışı qeyri kovalent qarşılıqlı təsirlərinə həsr olunmuş və bu növ əlaqələrin əhəmiyyətini vurğulamaq üçün məşhur ingilis yazıçısı Jonatan Sviftin “Qulliver lilipudlar ölkəsində” əsəri ilə obrazlı şəkildə müqayisə edilmişdir.