06-04-2021
 

Kimya fakültəsində “Alkenilfenollar əsasında xüsusi məqsədli və texniki əhəmiyyətli maddələrin alınmasının perspektiv istiqamətləri” mövzusunda Elmi seminar keçirilib

Kimya fakültəsində növbəti elmi seminar keçirildi. Seminarda Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov, Elmi işlər üzrə dekan müavini Elvin Məlikov, kafedra müdirləri, professor müəllim heyəti, eləcə də AMEA-nın Aşqarlar Kimyası, Polimer Materialları, Neft-Kimya Prosesləri İnstitutlarının, Milli Nüvə Tədqiqatları Mərkəzinin və digər qurumların əməkdaşları, o cümlədən akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Bəxtiyar Məmmədov və Valeh Cəfərov iştirak etdilər.

Seminarın məruzəçisi “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Musa Rza oğlu Bayramov “Alkenilfenollar əsasında xüsusi məqsədli və texniki əhəmiyyətli maddələrin alınmasının perspektiv istiqamətləri” mövzusunda məruzəsini təqdim etdi.

Məruzədə son illər dünyada polifunksional alkenilfenollar əsasında mikroelektronikada, aviasiyada, neftçıxarma və neft emalı sənayesində tətbiq olunan məhsulların alınması istiqamətində intensiv elmi-tədqiqat işləri aparıldığı, eləcə də ağır metalların və radionuklidlərin müxtəlif sistemlərdən ayrılmasında tətbiq olunan polifunksional sorbentlərin sintezində bu növ monomerlərdən geniş istifadə olunduğu qeyd edildi. Xüsusi olaraq qeyd edildi ki, “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyasında da bu istiqamətdə geniş tədqiqat işləri aparılır. Nəticə olaraq məruzəçi və komandası tərəfində bu sahədə 20-dən çox yerli və bir Avrasiya patenti alınmış, “Успехи химии” jurnalında 2 icmal məqaləsi, və 1 monoqrafiya (Moskvada) nəşr olunmuşdur.

Elmi seminar iştirakçıların sualları və müzakirələrlə davam etdi.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ