10-05-2021
 

Kimya fakültəsində "Ümummilli Liderimiz - Heydər Əliyev" adlı onlayn tədbir keçirilib.

10 may 2021-ci il Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Ümummilli liderimiz - Heydər Əliyev" adlı onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov Ümummilli Lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti və gənclərə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib.

Tədbirdə Kimya fakültəsi dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Kimyanın tədrisi metodikası kafedrasının dosenti Kamil Haqverdiyev və Fiziki və kolloid kimya kafedrasının dosenti Qəzənfər Bayramov Ulu Öndərin uğurlu dövlət quruculuğu siyasəti haqqında çıxış ediblər.

Tədbirdə Kimya fakültəsi TGT sədri Əli Qədirli, TEC sədri İsa İsayev, THİK sədri Fidan Hüseynli, fakültənin ikinci kurs tələbələri - Fərəh Kərimli, Səmanə Cavadova, birinci kurs tələbələri - Türkan Mahmudova və Zəkiyyə Məmmədova Ümummilli Lider Heydər Əliyev haqqında çıxış ediblər. Tədbirdə tələbələrin hazırladığı Ulu Öndər haqqında videoçarx nümayiş etdirilib.

 

 

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ