25-05-2021
 

Kimya fakültəsində "Kimyanın aktual problemləri" XIV Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.

BDU-nun Kimya fakültəsi Ümummilli Lider HEYDƏR ƏLİYEVİN anadan olmasının 98-ci ildönümünə həsr olunmuş  doktorant, magistr və gənc tədqiqatçıların «KiMYANIN AKTUAL PROBLEMLƏRİ» XIV  Beynəlxalq  Elmi Konfrans   keçirir.

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «KİMYANIN AKTUAL PROBLEMLƏRİ» XIV  Beynəlxalq  Elmi konfransı öz işinə başlamışdır. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov konfrans iştirakçılarını salamlamış xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat vermişdir. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı naminə  fəaliyyətini xüsusi olaraq qeyd etmişdir.  H.Məmmədov pandemiya dövründə elmi fəaliyyəti davam etdirmək üçün onlayn platformanın və virtual konfransların əhəmiyyətini qeyd edərək konfransın işinə və iştirakçılara uğurlar arzu etmişdir.   Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov çıxış edərək fakültənin tədris və elmi fəaliyyəti, ötən il əldə olunan nailiyyətlər haqqında konfrans iştirakçılarını məlumatlandırmış və hazırki şəraitin fakültənin fəaliyyətinə təsiri, pandemiya dövründə əldə edilən nailiyyətlər haqqında söz açmışdır. Fakültənin Tədris işləri üzrə dekan müavini - Fuad  Kərimli  keçirilən konfrans haqqında iştirakçılara geniş məlumat vermiş, konfransa daxil olan materialların sayı, bölmələrdə aparılacaq müzakirələrdə iştirakçıların sayı haqqında söz açmışdır. Sonra o, konfransın plenar məruzəçilərini təqdim etmişdir. Konfransda  Türkiyədən, Almaniyadan, Rusiyadan, Gürcüstandan, İrandan,  Portuqalıyadan və respublikanın müxtəlif elmi mərkəzlərinin və universitetlərinin kimyacı alımləri, gənc tədqiqatşıları   iştirak edir. Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşmış və konfrans öz işini bölmələrdə davam etdirəcək.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ