25-05-2021
 

BDU-da “Qarabağ zəfəri Heydər Əliyev siyasətinin nəticəsidir” adlı tədbir keçirilib.

24 may 2021-ci il tarixində BDU-nun Tarix, Geologiya, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin təşkilatçılığı ilə “Qarabağ zəfəri Heydər Əliyev siyasətinin nəticəsidir” adlı tədbir keçirilib. BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini  Bəxtiyar Nəbiyev  giriş sözü ilə çıxış edərək  Ulu Öndər Heydər Əliyevin istər 1969-1982-ci illəri, istərsə də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin inkişafında əvəzolunmaz xidmətlərindən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın hərtərəfli inkişafından söz açıb. Sonra məruzə ilə çıxış edən BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor Anar İsgəndərov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdə ölkəmizin aqrar ölkədən sənaye ölkəsinə çevrilməsindən, 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiyasının qəbulu zamanı Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasındakı rolundan bəhs edib. 1993-2003-cü illərdə Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə istər iqtisadiyyatın, istər hərbi sənayenin inkişafındakı rolundan bəhs edib. 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab Prezidentimiz İlham Əliyevin Heydər Əliyevin layqli davamçısı olaraq Azərbaycanın daha da qüdrətləndirilməsi və nəhayət ərazi bütövlüyünün təmin edilməsindəki xidmətlərindən danışıb. Anar İsgəndərov 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbənin Ulu Öndər Heydər Əliyevin siyasi dühası ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi səriştəsinin səsləşməsinin nəticəsi olduğunu bildirib.

Tədbir müəllim və tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ