Kimya fakültəsində «Kimyanın aktual problemləri» XIV Beynəlxalq Elmi Konfransı keçirilmişdir.
BDU-nun Kimya fakültəsi Ümummilli Lider HEYDƏR ƏLİYEVİN anadan olmasının 98-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «KİMYANIN AKTUAL PROBLEMLƏRİ» XIV Beynəlxalq Elmi Konfransı keçirilmışdır.
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə 25,26 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların «KİMYANIN AKTUAL PROBLEMLƏRİ» XIV Beynəlxalq Elmi konfransı keçirilmışdır. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov konfrans iştirakçılarını salamlamış xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat vermişdir. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı naminə fəaliyyətini xüsusi olaraq qeyd etmişdir. H.Məmmədov pandemiya dövründə elmi fəaliyyəti davam etdirmək üçün onlayn platformanın və virtual konfransların əhəmiyyətini qeyd edərək konfransın işinə və iştirakçılara uğurlar arzu etmişdir.
Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov çıxış edərək fakültənin tədris və elmi fəaliyyəti, ötən il əldə olunan nailiyyətlər haqqında konfrans iştirakçılarını məlumatlandırmış və hazırki şəraitin fakültənin fəaliyyətinə təsiri, pandemiya dövründə əldə edilən nailiyyətlər haqqında söz açmışdır.
Konfransda qonaq qismində iştirak edən AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar kimyası institunun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı, Heydər Əliyev Azərbaycan müəlliminə, onun əməyinin qiymətləndirilməsinə xüsusi diqqət göstərirdi, Bakı Dövlət Universiteti ilə bağlı hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, Universitet əməkdaşlarının təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə xüsusi həssaslıqla yanaşdığını, hər zaman bu ilk elm və təhsil məbədindən diqqətini əsirgəmirdi.
AMEA-nın akad.M.F.Nağıyev adına Kataliz və Qeyri üzvi kimya institunun direktor müavini, AMEA-nın müxbir üzvu, professor Məhəmməd Babanli bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çağdaş inkişafının məhz Bakı Dövlət Universitetinin nailiyyətləri əsasında mümkünlüyünü qeyd edirdi. Heydər Əliyev Azərbaycanın tarixini, mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə müasir Azərbaycan cəmiyyətini bu elm məbədindən ayrı təsəvvür etmirdi. Azərbaycanın gələcək nəslin yetişdirilməsinə hər cür şəraitin yaradılması üçün əlindən gələni edir, inanırdı ki, Vətənimizin inkişafı bu təhsil ocağının köməyi ilə baş verə bilər. Ulu Öndər bu məsələyə dövlət siyasətinin prioritet istiqaməti kimi yanaşırdı. Buna görə də Universitet daim təhsilə göstərilən qayğının mərkəzində dayanırdı.
Konfransın ilk günü plenar iclaslarında aşağıdakı məruzələr dinlənildi:
Professor Hacali Nəcəfoğlu (Kars Universiteti, Türkiyə)
Mn(II), Co(II) ve Ni(II) p-Dietilaminobenzoat komplekslerinin sentezi ve özellikleri”.)
Professor Mehman Yusubov (Tomsk Politexnik Universiteti, Rusiya)
“Cоединения поливалентного иода: синтез и использование”.
Dosent Cavid Səfərov (Rostok Universiteti, Almaniya)
“ Excess and apparent molar properties of 1-ethyl-3-methylimidazolium trifluoromethanesulfonate and methanol binary mixtures ”.
Dosent Kamran Mahmudov (Bakı Dövlət Universiteti, Azərbaycan; Lissabon Universiteti, Portuqaliya) “Peroxides in metal complex catalysis”.
Ələkbər Hüseynzadə (Bakı Dövlət Universiteti, Azərbaycan)
“Синтез и исследование структурных и биологических свойств дигидропиримидинов и их региоселективно окисленных продуктов”.
Konfransda Türkiyədən, Almaniyadan, Rusiyadan, Gürcüstandan, İrandan, Portuqalıyadan və respublikanın müxtəlif elmi mərkəzlərinin və universitetlərinin kimyacı alımləri, gənc tədqiqatçıları iştirak etdi. Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans bölmələrdə (230 sayda) məruzələrin dinlənilməsi, sualların cavablandırılması ilə yekunlaşmışdır.