28-05-2021
 

Kimya fakültəsində 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir.

28.05.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsində tələbə təşkilatlarının – Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin ortaq təşəbbüsü ilə 28 May – Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kİmya fakültəsinin dekanı professor Abdulsəyid Əzizov  Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şanlı səhifələrindən biri olduğunu bildirmiş və 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuzun qazandığı zəfərdən danışıb. Tədbirdə dekan müavini Taleh Qəhramanov, Fiziki və kolloid kimya kafedrasının müdiri Eldar Əhmədov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aysel Rəhimova Azərbaycan Xalq Cümhuruyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıblar.

Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri İsa İsayev, fakültənin birinci kurs tələbələri - Əzizə Fərəcova və Ayşə Qocazadə 28 may - Respublika Günü ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirdə Respublika Günü ilə bağlı videoçarx nümayiş olunub.

 

 

 

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ