Kimyanın tədrisi metodikası kafedrası onlayn seminar keçirib
29.05.2021-ci il tarixində Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrası Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə "IV yarımqrup elementlərinin interaktiv tədrisi" mövzusunda elmi seminar keçirilib. Seminar Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayevin moderatorluğu ilə baş tutub. Məruzəçi Kimya fakültəsi Kimyanın Tədrisi Metodikası kafedrasının dosenti Kamil Haqverdiyev olmuşdur. Kamil Haqverdiyev "IV yarımqrup elementlərinin interaktiv tədrisi" mövzusunda çıxış edərək tələbələrə ətraflə məlumat verib. Seminarda ikinci kurs tələbələri Zenfira Hüseynova, Sevda Həsənova, Fərəh Kərimli, Əli Qədirli, Əziz Nuriyev, Almaz Həmzəyeva, Sevinc Həsənova, Şirinxanım Beydiyeva müzakirədə aktiv iştirak etmişdilər Elmi seminar tələbələrin çox saylı suallarının cavablandırılması ilə yekunlaşmışdır.