Kimya fakültəsinin kollektivinə ağır itki üz vermişdir
Kimya fakültəsinin kollektivinə ağır itki üz vermişdir. Üzvi kimya kafedrasınının baş laborantı, kollektivimizdə böyük rəğbət qazanmış, tələbələrin sevimlisi olmuş Sevda xanımın vaxtsız vəfatı xəbərini sonsuz kədər və təəssüf hissi ilə paylaşırıq. Sevda Nəriman qızı Zeynalova -1952- ci il 10 fevral tarıxındə Azərbaycanın Fizuli şəhərində anadan olumuşdur. 1968-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Univrtsitetinin (Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə kimyaçı-kimya müəllimi ixtisası üzrə universiteti bitirmişdir. 1977-ci ildən kimya fakültəsi üzvi kimya kafedrasında böyük laborantı vəzifəsində işləmişdir. Sevda xanım işlədiyi müddətdə universitetin və fakültənin içtimai həyatında aktiv iştirak etmiş,üzərinə düşən vəzifəni məsuliyyətlə və layiqincə yerinə yetirmişdir. Dərin kədər və hüzn hissi ilə əzizlərinə və yaxınlarına baş sağlığı veririk. Allah rəhmət eləsin.