Professor Eldar Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik edirik!
Bakı Dövlət Universitetinin
Kimya fakültəsi
«Fiziki və kolloid kimya» kafedrasinin müdiri
kimya elmlər doktoru, professor, Eldar İsa oğlu Əhmədova
Hörmətli Eldar müəllim!
Sizə Bakı Dövlət Universitetinin kimya fakültəsinin çoxsaylı kollektivinin, professor-müəllim heyətinin və tələbələrinin ən səmimi salamlarını yetirir və anadan olmağınızın 70 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirik.
Siz elmin zirvələrinə özünüzün gərgin əməyiniz və xüsusi istedadınızla ucalmısınız. Doğulduğunuz kənddən Bakı Dövlət Universiteti kimi elm və təhsil mərkəzinə qədər böyük bir həyat yolu keçmişsiniz. Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib 1973-cu ildə Fiziki kimya ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına qəbul olmuş və 1977-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, 2004-ci ildə isə kimya elmləri doktoru elmi dərəcəlsi almısınız, 2006-cı ildən isə professor, 2003-cü ildən “Fiziki və kollid kimya kafedrasının müdirisiniz. Siz 1977-ci ildən BDU-nun Kimya fakültəsində mühəndis, kiçik elmi işçi, assistent, dosent vəzifələrində işləmiş, 1993-1999-cü illərdə kimya fakültəsinin dekan müavini, 1999-2006-cu illərdə isə dekanı kimi şərəfli bir yol kecmisiniz.
Sizin iki yüzə qədər əsəriniz, o cümlədən 10 dərslik və dərs vəsaitiniz, 2 patent və 2 monoqrafiyanız xalqa əsl xidmətin göstəriciləridir. Sizin rəhbərliyinizlə 9 nəfər elmlər namizədi, 10- dan çox magistr hazırlanmışdir.
Əziz Eldar müəllim!
Sizin Fiziki və kolloid kimya elmi sahəsində göstərdiyiniz çoxşaxəli fəaliyyətiniz, apardığınız tədqiqat işləri, çoxsaylı əsərləriniz Sizi böyük bir alim kimi tanıtmışdır. Buna görə də Kimya fakültəsinin kollektivinin Sizə xüsusi hörməti və ehtiramı vardır. 50 illik elmi-pedaqoji fəaliyyətiniz Sizi tələbələrin də sevimlisi etmişdir
Hörmətli Eldar müəllim!
Sizin fədakar elmi fəaliyyətiniz və əməyiniz hədər getməmişdir. Siz 2009-cu ildə «Əməkdar müəllim» fəxri adına layiq görülmüş, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilmişsiniz. Bu dövlətimizin Sizin elmi fəaliyyətinizə böyük diqqəti, yorulmaz fəaliyyətinizə verilən qiymətdir
Hörmətli Eldar müəllim!
Bir daha Sizi yubiley münasibətilə təbrik edir, Azərbaycan kimya elminin daha da inkişafı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yorulmaz fəaliyyət arzu edirik.
Dərin hörmətlə :
BDU-nun kimya fakültəsinin
dekanı prof. Abdulsəyid Əzizov