14-06-2021
 

Kimya fakültəsində Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 15 iyun - Milli  Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

 Tədbirdə Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub inkişaf təməlini qoyduğunu, hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımları haqqında ətraflı məlumat verib. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirdi ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, İyunun 15-i xalqımız və dövlətimiz  üçün qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummili Lider Heydər Əliyevdir. Tədbirdə Milli Qurtuluş Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirildi. Kimya fakültəsinin dekan müavini Fuad Kərimli, kafedra müdirləri Teymur İlyaslı, Eldar Əhmədov, İbrahim Məmmədov, Yasin Cəfərov, Rasim Alosmanov, Famil Çıraqov, müəllim Elçin Əkbərov Ulu Öndərin dövlətçiliyin qorunması istiqamətində gördüyü qətiyyətli tədbirlərə diqqət çəkiblər. Natiqlər öz cıxışlarında bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin azərbaycanın hərtərəfli və sürətli inkişafı barədə ideyalarını bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Tədbirdə Tələbə Gənclər Təşkilatının sədr müavinləri Sevinc Həsənovanın “Dövlətimizin xilaskarı-Heydər Əliyev”, Zeynəb Qədirovanın “Ümummilli Liderin şah əsəri-müasir Azərbaycan ” adlı məruzələri dinlənildi. Tədbir Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə baş tutdu.

 

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ