23-06-2021
 

Kimya fakültəsinin kollektivinə ağır itki üz vermişdir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin kollektivinə ağır itki üz vermişdir. "Kimyanın tədrisi metodikası" kafedrasınının müəllimi, kollektivimizdə böyük rəğbət qazanmış, tələbələrin sevimlisi olmuş  Nabir  müəllimin vaxtsız vəfatı xəbərini sonsuz kədər və təəssüf  hissi ilə paylaşırıq. Məmmədov Nabir Vəli oğlu 11.04.64-cü ildə kecmiş Ermənistan SSR Spitak rayonunda  anadan olub. 1980-ci ildə  Qursalı kənd orta məktəbi bitirib. O, 1981–ci ildə BDU-nun Kimya fakültəsinə daxil olmuş, 1987-ci ildə Leninqrad Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildən BDU–da kimya fakültəsində "Qeyri-üzvi kimya" kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub. 1995-ci illdən "Kimyanın tədrisi metodikası" kafedrasında laboratoriya müdiri işləyib. 2003–ci ildən həmin kafedrada müəllim vəzifəsində işləyib. Nabir müəllim işlədiyi müddətdə universitetin və fakültənin içtimai həyatında aktiv iştirak etmiş, üzərinə düşən vəzifəni məsuliyyətlə və layiqincə yerinə yetirmişdir. Dərin kədər və hüzn hissi ilə əzizlərinə, yaxınlarına səbr diləyir, baş sağlığı veririk. Məkanı cənnət, ruhu şad olsun. Əziz xatirəsi həmişə bizimlədi.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ