27-06-2021
 

26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir

26 İyun 2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə keçirilən tədbir şəhid Vətən övladlarının xatirəsinin  ehtiramla yad edilməsi başlamışdır.

Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı professor Abdülsəyid Əzizov Miilli ordumuzun yaranma tarixi və keçdiyi inkişaf yolundan danışıb, 26 iyun - Azərbaycan Ordusunun yaradılmasının ildönümü münasibətilə Silahlı qüvvələrin şəxsi heyyətini təbrik etdi.Tədbirdə Kimya fakültəsinin dekan müavinləri Taleh Qəhramanov, Fuad Kərimli, Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri professor Teymur İlyaslı, Fiziki və kolloid kimya kafedrasının müdiri professor Eldar Əhmədov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov, Kimyanın tədrisi metodikası kafedrasının müdiri dosent Yasin Cəfərov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri professor Rasim Alosmanov, Analitik kimya kafedrasının müdiri professor Famil Çıraqov ordumuzun qazandığı uğurlar, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsindəki Ali Baş Komandan rəhbərliyi ilə əldə etdiyi zəfərlərdən və Dəmir yumruq əməliyyatından ətraflı məlumat verdilər.

Tədbirdə Kimya fakültəsinin birinci kurs tələbələri Məmmədova Arizə və Məlikova Aysun Ümummmili Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində xidmətləri, Vətən müharibəsində şanlı ordumuzun göstərdiyi şücaətlər haqqında danışıb.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, təhlükəsizliyinin təminatçısı olan Ordumuzun keçdiyi çətin və şərəfli döyüş yoluna həsr olunmuş videocarx nümayış etdirilib.

 

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ