Sialkot Qadın Universitetinin Dövlət Kolleci (GCWUS) ilə Kimya fakültəsi arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq
17 sentyabr 2021-ci il tarixində GCWUS (Sialkot Qadın Universiteti Dövlət Kolleci) kimya kafedrası ilə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşları arasında “online” görüş təşkil olunmuşdur. Görüşün məqsədi Bakı Dövlət Universiteti və GCWUS kimya kafedrası arasında elm və təhsil sahəsində mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirmək olmuşdur. GCWUS kimya kafedrasının müdiri, Dr. Tayyaba Shahzadi görüş iştirakçılarını salamladı və Bakı Dövlət Universitetinin Kimya fakültəsinə təşəkkürlərini bildirərək “online” görüşə moderatorluq etdi. Görüş Bakı Dövlət Universiteti haqqında təqdimat nümayişi və BDU-nun Kimya fakültəsinin dekanı, professor Abdülsəyid Əzizovun nitqi ilə başladı. GCWUS-nin kimya kafedrasının əməkdaşı Dr. H.M.Abd Ur Rahman kafedranın əməkdaşlarının elmi tədqiqatları barədə məlumat verdi. Tədbirdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin professoru Ülviyyə Həsənova “Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tədqiqat sahələri və istiqamətləri” barədə prezentasiya ilə çıxış etdi. Görüşdə hər iki universitetin əməkdaşları qarşılıqlı maraq doğuran tədqiqat sahələrini qeyd etməklə və müxtəlif əməkdaşlıq imkanlarını müzakirə etdilər. Aşağıda göstərilən istiqamətlər üzrə əməkdaşlıq edilməsi qərara alındı:
1. Birgə vebinarlar, seminarlar və konfransların təşkili
2. Maliyyələşdirilən tədqiqat layihələri üçün birgə müraciətlər
3. Resursları/bilikləri bölüşmək üçün əməkdaşlıq
4. Tələbələrin birgə tədqiqatları
5. Fakültə səviyyəsində birgə araşdırma
Görüş tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılnması ilə yekunlaşdı. GCWUS kimya kafedrasının müdiri, doktor Tayyaba Şahzadi Bakı Dövlət Universitetinin müəllimlərinə təşəkkür etdi.