Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev İCESCO-nun seminarında iştirak edib
04.10.-07.10.2021-ci il tarixlərində Bakı Dövlət Universitetində (BDU) ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı keçirilib. Beynəlxalq tədbir mövcud əməkdaşlıq çərçivəsində ICESCO-nun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə keçirilib.Təlimdə Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev də iştirak etmişdir. Seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaqdan ibarət idi. Seminar iştirakçları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrəniblər. Təlimlərin sonunda iştirakçılar özləri temperatur tənzimləyiciləri, elektrik ölçmə sistemləri və s. sadə cihazıları işlətməyi təcrübə ediblər.Seminarın son günü iştirakçılar müxtəlif hədiyyələr və sertifikatlarla təltif olunublar.