18-10-2021
 

“18 oktyabr-Müstəqiliyin Bərpası Günü”

16.10.2021- ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsində onlayn rejimdə Tələbə  Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “18 oktyabr-Müstəqiliyin Bərpası Günü” adlı tədbir keçirilib. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı idarə heyətinin üzvü Cahan İsmayılovanın moderatorluğu ilə baş tutub. Tədbirdə Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov çıxış edərək, müstəqilliyimizin 30 il öncə bərpa olunmasının tarixi əhəmiyyətindən danışdı. O müstəqilliyimizin çətin tarixi şəraitdə 70 ildən sonra bərpasının region üçün vacib geopolitik əhəmiyyət daşıdığını  bildirib,  28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqiliyin Bərpası Günü arasındakı əlaqəni gənclərə aşılamağın əhəmiyyətindən bəhs etmiş, 30 ildən sonra bu günü Ali Baş Komandanın rəhbərliyi ilə torpaqları işğaldan  azad olunan Azərbaycan xalqı olaraq qeyd etməyimizi böyük qürur və fəxarət hissi ilə vurğulamışdır. Görüşdə Fiziki və kolloid kimya kafedrasının müdiri professor Eldar Əhmədov, Kimyanın Tədrisi Metodikası kafedrasının müdiri dosent Yasin Cəfərov, Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olduğunu, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən vətən müharibəsində xalqımızın milli həmrəyliyindən, Azərbaycan gənclərinin qəhrəmanlıqlarından, vəzifəsindən, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, böyükdən kiçiyə qədər hər bir insanın bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər olub, qələbəmizə  öz töhfələrini verdiyindən bəhs etmişlər.  Tədbirdə  28 May Müstəqillik Günü, Müstəqiliyin Bərpası Gününə  həsr olunmuş müxtəlif mövzular üzrə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Tələbə Elmi Cəmiyyətinin sədri İsayev İsa, fakültənin II kurs tələbələri İdrisova Milana, İbayeva Zeynəb və Məmmədova Arizə çıxış etmişlər.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ