18-10-2021
 

“Hərbi Qənimətlər Parkı” ziyarət edildi

Bakı Dövlət Universiteti Kimya fakültəsinin tələbələri, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Tələbələr Hərbi Qənimətlər Parkında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi ilə və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin eksponatları ilə tanış oldular. “Hərbi Qənimətlər Parkı” ilə tanışlıq ziyarətçilərdə böyük qürur hissi yaşatdı, tələbələr Qarabağ Fatehi Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan orudusun qüdrətinin bir daha şahidi oldular. Tələbələrimiz bu parkın gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağına, düşmənlərimizə nifrət hissləri oyadacağına bir daha əmin oldular. Sonda tələbələr “Qarabağ Azərbaycandır” lövhəsinin qarşısında xatirə şəkil çəkdirdilər.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ