Pedaqoq-psixoloq Aidə Əliyeva tərəfindən təlim
23.10.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının üzvü Sevinc Həsənovanın təşkilatçılığı ilə onlayn rejimdə Türkiyə Cümhuriyyəti Fırat Universitetində magistr təhsili almış pedaqoq-psixoloq Aidə Əliyeva tərəfindən təlim keçirilmişdir. Aidə Əliyeva təlim iştirakçılarına "Pedaqoji cəhətdən sinfin idarə edilməsi" mövzusunda məruzə ilə çıxış etmiş, respublikamızda aparılan təhsil islahatlarının pedaqoji innovasiyalara geniş imkanlar yaratdığını, avropa təhsil standartlarına uyğun gələn yeniliklər aparmağın, innovasiyaları tətbiq etməyin zəruri olduğunu, müəllimlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin artırılmasının bu zəruriyyətdən irəli gələrək günümüzün prioritet vəzifələrindən birinə çevrildiyini qeyd etmişdir. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli Aidə xanıma görüşdə iştirakına görə təşəkkür etmiş, bu tip tədbirlərin davamlı olacağına əminliyini bildirmışdir. Təlimdən sonra iştirakçılar sertifikatla təltif olunmuşdur.