06-11-2021
 

"Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilmişdir

06.11.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş  "Şanlı Zəfər Tariximiz" adlı onlayn tədbir keçirilmışdır. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin və  I kurs tələbəsi Mehriban Ağabəylinin aparıcılığı ilə keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.  Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli tərəfindən qazi və müharibə iştirakçıları barədə məlumatlar professor-müəllim və tələbələrə təqdim olunub.

Kimya fakültəsinin dekan vəzifəsini icra edən Fuad Kərimli  çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında,  Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, əldə etmiş inanılmaz uğurlardan, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilməsindən, Şanlı qələbəmizin qazanılmqasında Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlardan  söz açıb.

Tədbirdə I Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Nazim Quliyev, Hicran Həmzəyev, Aprel döyüşləri və Vətən müharibəsində iştirak etmiş Kimya fakültəsi Sənaye Kimyası Elmi Tətqiqat Labaratoriyasının kiçik elmi işçisi Mircavid Ağayev, Vətən müharibəsi iştirakçıları Kimya fakültəsinin məzunları Nicat Məmmədov və Səid Kərimov iştirak etmiş, kecdikləri şərəfli döyüş yolundan  torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışmış, müharibə vaxtı gərgin keçən döyüşlərlə bağlı xatirələrini bölüşüb, tarixi Zəfərin qazanılmasında qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən ətraflı bəhs etmişlər.

 Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov cıxış edərək  tədbirdə iştirak etdiklərinə görə Vətən müharibəsi qazilərinə,   müharibə iştirakçılarına minnətdarlğını bildirmış, əsası  Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində müstəqil və qüdrətli Azərbaycan dövlətinin möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində bölgədə yeni reallıqlar yaratdığını, ümumxalq birliyinin, həmrəyliyinin nəticəsi olan  8 noyabr- Zəfər Gününün  tariximizin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazıldığnı, hər bir azərbaycanlının fəxr və qürürla   yad edəcəyi bir hadisə olduğunu bildirmiş, vətən müharibəsində iştirak edən kimya fakültəsini məzunlar haqda ətraflı bəhs etmiş, onların qəhrəmanlıqlarının gənclər üçün nümunə olduğunu vurğulamışdı.

Tədbirdə Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri professor Teymur İlyaslı, Fiziki və Kolloid kimya kafedrasının müdiri professor Eldar Əhmədov, Neft kimyası və Kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov, Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev cıxış edərək  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın dəstəyi sayəsində  qazanılan tarixi zəfərdən söz acmış, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün  təmin olunması uğrunda şəhid olmuş həmvətənlərimizin ruhunu ehtiramla yad etmışlər.      

Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavinləri-Arzu Məhərrəmova, Məryəm İsgəndərova, idarə heyətinin üzvü  Tural Abdullayev və Kimya fakültəsinin I kurs tələbəsi Eltac Mustafayev  Vətən müharubəsi haqda müxtəlif mövzularda çıxışlar  etmışlər.

Sonda Vətən müharibəsindən bəhs edən videoarx nümayiş olunmuşdur.

 

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ