12-11-2021
 

12 noyabr-Konstitusiya günü

11 noyabr 2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə "12 noyabr-Konstitusiya günü" adlı onlayn tədbir keçirilmişdir.

Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov çıxış edərək tədbir iştirakçılarını  12 noyabr Konstitusiya günü münasibətilə təbrik edib, Ümummilli lider Heydər Əliyevin memarı olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiyamızın  hakimiyyətin əldə еdilməsinin sivil yolunu müəyyənləşdirdiyini, hakimiyyətin sosial subyеktlər arasında paylanmasının əsaslarını və məqsədlərini  müəyyən еtdiyini, qanunvеricilik sistеmini formalaşdırdığını və bütün qanunvеricilik sistеminin əsasını təşkil etdiyini  vurğulamış və bildirmişdir ki,  Azərbaycan Respublikasının Konstitusiya günü bu il  daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında  şanlı tarix yazaraq ərazi bütövlüyümüzü bərpa edib,  uzun illər sürən tarixi ədalətsizliyə son qoyub. Konstitusiya günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev Azərbaycanın yeni  konstitusiyasının  ölkəmizdə  vətəndaşların hüquq və azadlıqlarına əsas təminatlar yaratdığını, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyini, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığı və beynəlxalq hüquqi əhəmiyyətini qeyd edib.

Tədbirdə  Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mədinə Cəfərova, tələblərdən Ləman Mustafayeva, Mehriban Ağabəyli, Çinarə Nağızadə və  Aydan Bağırova 12 noyabr Konstitusiya gününə aid müxtəlif mövzularda çıxış ediblər.  

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ