11-11-2021
 

Tələbə Gənclər Təşkilatında seçki keçirilib

10.11.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatinin (TGT) sədri vəzifəsinə seçkilər keçirilmişdir. İclasda çıxış edən Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov bildirib ki, iclasın gündəliyinə Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədrinin  hesabatı və yeni sədrin seçilməsi daxildir. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri əvəzi Əli Qədirli TGT-nin son iki illik fəaliyyəti barədə hesabat verdi. Əli Qədirli bildirdi ki, tələbələrin ictimai həyatda fəal iştirakının təmin edilməsində, gənclər və tələbələrlə işin təkmilləşdirilməsində TGT-nin özünəməxsus yeri var. Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən gənclərə diqqət və qayğı göstərilir, qarşılaşdıqları məsələlər dərhal həll olunur.

TGT sədrinin hesabatı qənaətbəxş hesab edilib, səsvermə yolu ilə Əli Qədirli Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib. İclasda Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov iştirak edib, Tələbə Gənclər Təşkilatının fəaliyyətindəki prioritet istiqamətlərdən, tələbələrin inkişafına olan təsirindən, təşkilatın strukturu barədə ətraflı məlumat verib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ