11-11-2021
 

Tələbə Elmi Cəmiyyətinin iclası keçirilib

11 noyabr 2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin (TEC) novbəti iclası keçirilmişdir. İclasda çıxış edən Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov bildirib ki, iclasın gündəliyinə Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədrinin  hesabatı və yeni sədrin seçilməsi daxildir.

 Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri əvəzi  İsa İsayev  TEC-in son bir  illik fəaliyyəti barədə hesabat verdi. İsa İsayev  bildirdi ki, tələbə-elmi cəmiyyəti tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə  nail olmaq üçün professor-müəllim heyəti ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, tələbələrin elmi sahədə fəal iştirakının təmin edilməsində, tələbələrlə işin təkmilləşdirilməsində və tələbələrimizin savadlı kadr kimi formalaşması, elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması üçün fakültəmizin   bütün imkanları səfərbər etməyə hazırıq.

TEC-in  sədr əvəzi İsa İsayevin hesabatı qənaətbəxş hesab edilib, səsvermə yolu ilə İsa İsayev Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri vəzifəsinə seçilib.  
İclasda son olaraq Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov bidirdi ki, TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir. O, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindəki prioritet istiqamətlərdən, kimya fakültəsinin potensial imkanlarından, tələbələrin inkişafına olan təsirindən və təşkilatın strukturu barədə ətraflı məlumat verib, onlara gələcək işlərində  uğurlar arzulayıb.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ