22-12-2021
 

“Elm və Əyləncə 4” adlı tədbir keçirilib

Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycanın görkəmli şəxsiyyəti dahi kimyaçı alim Yusif Məmmədəliyevin  anadan olmasının 116 illiyinə həsr olunmuş “Elm və Əyləncə 4” adlı tədbir keçirilmişdir. Tədbirdə Kimya fakültəsinin dekan vəzifəsini icra edən Fuad Kərimli açılış nitqi ilə çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Neft Kimyası və Kimya Texnologiyası kafedrasının müdiri professor İbrahim “Məmmədov Yusif Məmmədəliyev və onun Azərbaycanın neft sənayesində rolu” adlı məruzə ilə çıxış etmişdir.

Sonra Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli “Fil dişi” reaksiyasını, III kurs tələbəsi Həsənova Sevinc “Berlin və Tirunbul abısı” reaksiyasını, III kurs tələbəsi İsayev İsa “sehirli çubuq” reaksiyasını, III kurs tələbəsi Hüseynova Zenfira “qızıl yağışı” reaksiyasını, III kurs tələbəsi Həsənova Sevda “soyuq alov” reaksiyasını, II kurs tələbəsi Hüseynov İlqar “yanardağ” reaksiyasını, III kurs tələbəsi Qədirova Zeynəb “ağrısız kəsiklər” reaksiyasını nümayiş etdirmişlər.

Tədbirdə həmçinin “Torpağın səsi” və “Xudayar təsnifi” musiqili çıxışları ilə Babək Rzayev, “Almost there” musiqili çıxışı ilə kimya fakültəsi I kurs tələbəsi Ağabəyli Mehriban, “Tələbə” musiqili çıxışı ilə Heydarov Əli, “Naz eləmə” rəqs kompozisiyası ilə Hacıyev Elvin və Qasımlı Yasəmən çıxış etmişdir.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ