18-05-2022
 

“KİMYA VƏ KİMYA TEXNOLOGİYASI” RESPUBLİKA ELMİ KONFRANS

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 99-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı Respublika Elmi Konfransı keçirilir.

Konfransı giriş sözü ilə açan BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz xidmətlərindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Fuad Kərimli konfransın kimya elmi üzrə prioritet məsələlərin üzə çıxarılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, elmi işçilərin, doktorant və tələbələrin tədqiqatlara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin müzakirə edilməsi baxımından əhəmiyyətli olacağını qeyd edib.

Konfransda akademik Vaqif Fərzəliev, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Əli Zalov və Bakı Mühəndislər Universitetinin Pedaqoji fakültəsinin dekanı Elşad Abdullayev çıxış ediblər. Konfransın plenar iclasında BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanovun və AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin məruzələri dinlənilib.

Konfrans öz işini 4 bölmədə davam etdirir.

Digər yazılar

BDU-DA NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏDBİR

FAKÜLTƏ KÖNÜLLÜLƏRİ TƏLTİF OLUNDU

KİMYAÇILAR BEYNƏLXALQ ELMİ KONFRANSDA

ESMİRA EYYUBOVANIN TƏQDİMATINDA ELMİ SEMİNAR KEÇİRİLİB

“KİMYA VƏ KİMYA TEXNOLOGİYASI” RESPUBLİKA ELMİ KONFRANS

ORTA MƏKTƏBDƏ “KİMYA GECƏSİ” KEÇİRİLİB

İNTERAKTİV TƏLİM MÖVZUSUNDA ELMİ SEMİNAR

“LET’S TALK TOGETHER” CONVERSATİONU KEÇİRİLİB

PROFESSORUN TƏQDİMATINDA NÖVBƏTİ ELMİ SEMİNAR

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİN TƏŞƏBBÜSÜ İLƏ ELMİ SEMİNAR

SAĞLAM QİDALANMA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ FORUMU

"İNSANLIĞIN BİLİNMƏYƏN TƏRƏFİ" ADLI TƏDBİR KEÇİRİLİB

KOMANDAMIZI TƏBRİK EDİRİK!

"NƏ? HARADA? NƏ ZAMAN?" İNTELLEKTUAL YARIŞI

AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR BAŞ TUTDU

ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLİB

"ŞUŞA, SƏN AZADSAN!" ADLI TƏDBİR

NAMİQ ŞIXALİYEVİN TƏQDİMATINDA ELMİ SEMİNAR KEÇİRİLİB