10-04-2023
 

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

07.04.2023-cü il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə "Kimya həyatımızın parçası" mövzusunda tədbir keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professor Namiq Şıxəliyev, Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev çıxış edərək  bildirdilərki, Tələbə Elmi Cəmiyyəti  gənc tədqiqatçılarının yüksək ixtisaslı  kimyaçı kadrların kimi yetişməsi ücün  həqiqi axtarış və yaradıcılıq məktəbidir. Bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında, tələbələrin bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından mühüm rol oynayır. Fakültənin kafedra və elmi tədqiqat laboratoriyalarında tələbələrin elmə yönləndirilməsinə, olimpiadalarda iştirakına, bacarıqlarının artırılmasına və inkişafına, kimyanın sirlərinə dərindən yiyələnmələrinə TEC öz töhfəsini verir. İnsanların həyatına yaradıcı bir təsiri olan əsas sahələrdən biri kimi  kimyanın rolu daha da artacaq.  Tədbirdə  Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyətinin üzvləri Arzu Süleymanova,  Aytac Vəliyeva və Fərid Abbasov “Kimyanın  insan həyatında rolu”, “Kimyəvi gigiyena və kosmetika”, “Kimya elm kimi insan sivilizasiyasının inkişafındaki  rolu” barədə məruzə etdilər. TEC-in elm və sosial cəhətdən tələbələrə müsbət istiqamətdə təsirləri haqqında  ətraflı məlumat verdilər. Tədbir zamanı "Nə üçün TEC?" sualı ətrafında  çıxışlar edilmiş, müzakirələr aparılmışdır. Sonda Kimya fakültəsi Tələbə Elmi Cəmiyyəti fəaliyyəti ilə bağlı video çarx təqdim olunmuşdur.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ