“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universiteti Kimya fakultəsi “Kimyanın tədrisi metodikası kafedrası”nın təşkilatçılığı ilə “Gənc İstedadlar” liseyində dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Kimya gecəsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin, Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Liseyinin direktoru Arif Bağırov tədbiri açıq elan etdikdən sonra çıxışında, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini vurğulamış, kimya fakültəsinin və liseyin birgə hazırladığı tədbirin gənc nəslin təlim-tərbiyəsində böyük rolu olduğunu söyləmişdir. Kimya fakultəsinin dekan müavini Taleh Qəhrəmanov bildirdi ki, kimya gecələrinin keçirilməsi, müxtəlif dərnəklərin, müsabiqələrin təşkil edilməsi şagird və tələbələrin təfəkürünün inkişafina, yaradıcılıq, tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edir. Bu kimi tədbirlər şagird və tələbələrin bacarıq və vərdişlərin əldə edilməsinidə, İKT bacarıqlarını istifadə etmək, tərbiyəvi işin müxtəlif formalarına rəhbərlik etmək, pedaqoji təbliğat aparmaq, intellektli, savadlı və cəmiyyətdə özlərinə uyğun mövqe qazanmış şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır və kimya fənninə olan həvəsini artırmaq üçün belə tədbirlər əhəmiyyətə malikdir. “Gənc İstedadlar” liseyi ilə əlaqələrin bundan sonra da davamlı olacağını, şagirdlərə kimya elmlərin əsaslarına dərindən yiyələnmələrini, praktik bacarıqlarını genişləndirməyi tövsiyyə edib. Kimya fakültəsi KTM kafedrasının müdiri Xəlil Nağıyev çıxış edərək tədbirin təşkilində əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirmiş, gələcəyin gənc kimyaçılarına uğurlar arzulamışdır. Tədbirdə liseyin direktor müavini Xamməd Əsədov, liseyin kimya müəllimləri Sahil Həmidov, Mehin Nuriyeva, BDU-nun Kimya fakültəsinin KTM kafedrasının əməkdaşları Lalə Nəsibova, Esmira Rəsulova, Aytən Ələsgərova, Gülnarə Dürüskari və təcrübəçi tələbələr iştirak etmişlər. KTM kafedrasının metodisti Arzu Paşayeva və Cəmilə Əşrəfovanın təşkilatçılığı ilə universitet tələbələri və lisey şagirdlərinin birgə hazırladığı səhnəciklər və kimyəvi reaksiyalar izləyicilər tərəfindən maraqla qarşılanmışdır. Həmçinin liseyin musiqi müəllimi Kəmalə Əliyevanın hazırladığı “Kimya haqqında mahnı” və rəqslər eləcə də instrumental ifalar şagirdlər tərəfindən təqdim olunmuşdur.