18-05-2023
 

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Müstəqillik Gününə həsr olunmuş “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri “ adlı tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kimya fakültəsinin dekan Fuad Kərimli bildirdiki, Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən ölkəmizdə Respublika Günü kimi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib və mayın 28-i Müstəqillik Günü elan edilib. Müstəqil, qüdrətli Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Vətənimizin igid oğulları, rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində öz şücaətini bütün dünyaya nümayiş etdirdi, parlaq Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan əzəli torpaqlarımızı mənfur düşməndən azad etdi. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Tədbirdə Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının (Humanitar fakültələr üzrə) dosenti Boran Əziz “Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri“ mövzusunda məruzə edib. O bildirib ki, adı, Azərbaycan, paytaxtı Bakı olan dövləti tarixdə ilk dəfə torpağı nurla dolmuş M.Ə.Rəsulzadə və onun silahdaşları yaradıb. Cümhuriyyətə qədər vətənimizin ərazisində qurulan dövlətləri ayrı-ayrı ailələr, sülalələr yaratmışlar. İlk dəfə olaraq əhalinin müxtəlif təbəqələri içərisindən çıxmış ziyalılar, müxtəlif bölgələrdən olan insanlar bir inam, ideologiya əsasında birləşib milli təəssübkeşliyi yüksək olan sahibkarların da yaxından köməyi ilə Milli dövlət-Cümhuriyyət qurmuşdular. Qurucu babalarımız özləri ilə bərabər ata və babalarının var-dövlətini, mal-mülkünü yaratdıqları dövlətin möhkəmlənməsi və tanınması yolunda böyük ürək açıqlığı ilə sərf etmişdilər. Torpağı nurla dolmuş bu dahi insanlar acgözlükdən, görməmişlikdən, qohumbazlıq düşüncəsindən uzaq, gözü-könlü tox şəxsiyyətlər olmuşlar. Buna aid çoxsaylı misallardan cəmisi ikisi bu şəxslərin hansı əxlaqa, dünyagörüşünə sahibi olduqlarını tam sübut edir. Bunlardan biri Cümhuriyyətin Baş naziri olarkən Nəsib bəyin atasına məktub yazaraq borc pul istəməsi və atasının ona cavabıdır. Qurucu babalarımız çar Rusiyasının məqsədyönlü şəkildə param-parça edib müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda yoxdan dünyəvi dövləti-Azərbaycan Cümhuriyyətini yarada bildilər.Bu müsəlman şərqində ilk belə cürətli addım idi. Nəticədə buna qədər yalnız coğrafi məfhum olan Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş əlli milyonluq bir xalqa belə möhtəşəm bir əsər, yadigar qoyub getmiş qurucu babalarımızı ehtiramla yad etmək, xatirələrini uca tutmaq çiyinlərimizin borcudur. Bu səbəbdən belə dəyərləri yaşadan, bölüşən insanların qəlbində onlar özlərinə əzəmətli heykəl qoymuşlar. Cümhuriyyətin gördüyü işlərdən bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci ildə Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı verdiyi Sərəncamda göstərmişdir: “Yeni qurulan AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi”. Tədbirin sonunda Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş olunub, məruzəçi tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ